Xidmət və İstifadə Qaydaları
Saytımıza daxil olaraq və ya xidmətlərimizdən istifadə edərək, bu istifadə şərtləri ilə tamamilə razılaşmış sayılırsınız. Zəhmət olmasa, hər hansı bir sifariş verməzdən əvvəl şərtləri diqqətlə oxuyun.
1. Xidmətlərin İcrası
- Sifariş verilən link və ya istifadəçi adı tamamilə açıq (Public) olmalıdır. Gizli profillərə göndərilən sifarişlərdə məsuliyyət istifadəçiyə aiddir.
- Sifariş tamamlanmadan eyni linkə ikinci bir sifariş vermək olmaz. Bu halda balansınız geri qaytarılmır.
- Sistemdə göstərilən başlama vaxtları təxminidir və sosial şəbəkələrin yenilənmələri zamanı dəyişə bilər.
2. Ödəniş və Geri Qaytarma (Refund) Siyasəti
Hesaba yüklənən balans geri qaytarılmır. Balans yalnız sayt daxilindəki xidmətləri almaq üçün istifadə edilə bilər. Əgər hər hansı bir sistem xətası yaranarsa və sifarişiniz icra olunmazsa, məbləğ avtomatik olaraq sayt daxili balansınıza geri dönür.
3. İstifadəçi Məsuliyyəti
Xidmətlərdən qeyri-qanuni fəaliyyətlər, spam və ya başqalarına zərər verəcək şəkildə istifadə edilməsi qəti qadağandır. Bu cür fəaliyyət aşkarlandıqda profiliniz xəbərdarlıq edilmədən bloklanacaq.